2026-cı il iyunun 14-də, ABŞ prezidenti Donald Trampın doğum günündə Ağ Evin ərazisində UFC üzrə döyüş keçiriləcək.
Lent.az xəbər verir ki, Tramp bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin 250 illiyi münasibətilə çıxış edərkən bildirib.
“Gələn ilin 14 iyununda Ağ Evdə böyük UFC döyüşü olacaq; birbaşa Ağ Evin ərazisində”, - deyə Tramp bildirib.
Qeyd edək ki, 14 iyunda ABŞ administrasiyasının rəhbəri 80 yaşını qeyd edəcək.