Futbolçu  pul səpdi,   Mbappeni ələ saldı - FOTO
21 dekabr 2022 03:22 (UTC +04:00)

Futbolçu pul səpdi, Mbappeni ələ saldı - FOTO

Argentina millisinin heyətində dünya çempionu olan Papu Qomes paradı zamanı pulu avtobusdan camaatın arasına atıb.

Lent.az xəbər verir ki, bu barədə Apasport.az saytı məlumat yayıb.

Həmçinin, dünya çempionatında "Qızıl əlcəy"ə sahib çıxan qapıçı Emiliano Martines oyuncağa finalda qapısına 3 top vurmuş Kilian Mbappenin şəklini taxaraq onu ələ salıb. Maraqlıdır ki, bu, Mbappenin komanda yoldaşı, Argentina millisinin kapitanı Lionel Messinin gözü önündə baş verib.

Qeyd edək ki, Argentina millisi Qətərdə keçirilən dünya çempionatında qalib gəldiyi üçün Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasından (FİFA) 41 milyon avro pul mükafatı alıb. 4 il əvvəl Rusiyada dünya çempionu olmuş Fransa millisinə 38 milyon avro verilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2352
avatar

Oxşar yazılar