Fransanın sabiq prezidentinin həbsi tələb edildi
14 dekabr 2022 00:05 (UTC +04:00)

Fransanın sabiq prezidentinin həbsi tələb edildi

Apellyasiya məhkəməsində Fransanın sabiq prezidenti Nikola Sarkozinin 3 il azadlıqdan məhrum edilməsi istənilib.

Lent.az “France-24”ə istinadla xəbər verir ki, keçmiş prezident korrupsiyada ittiham olunur. Fransa Prokurorluğu onun 3 il qiyabi olaraq azadlıqdan məhrum edilməsini tələb edir.
Qeyd edək ki, birinci instansiya məhkəməsi Sarkozini qeyri-qanuni dinləmələrdə ittiham edərək 3 il azadlıqdan məhrum etmişdi. Sarkozi və daha 2 nəfər bunun 1 ilini həbsxanada keçirməli idi. Keçmiş prezident qərardan apellyasiya şikayəti verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590
avatar

Oxşar yazılar