Fransada 4 milyon avroluq  zinət əşyaları oğurlandı
05 iyul 2026 22:44 (UTC +04:00)

Fransada 4 milyon avroluq zinət əşyaları oğurlandı

0

Fransanın şərqində yerləşən Vinjen-sür-Moder kommunasındakı "Lalique" Zərgərlik Muzeyindən təxminən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb.

Lent.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti istintaqa yaxın mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, oğrular ümumilikdə 20-yə yaxın zinət əşyasını ələ keçiriblər. İlkin hesablamalara əsasən, dəymiş zərər təxminən 4 milyon avro təşkil edir.

Hadisə yerli vaxtla saat 05:30 radələrində baş verib. Binaya daxil olan naməlum şəxslər birbaşa zinət əşyalarının saxlanıldığı zala yönəliblər.

Siqnalizasiya işə düşsə də, oğrular hadisə yerindən qaçmağa müvəffəq olublar. Mühafizə şirkətinin əməkdaşları siqnalın səbəbini araşdırdığı vaxt hadisə yerinə ilk gələn muzeyin təmizlik işçisi olub və polisə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar