“Fransa ATƏT-dəki  vasitəçiliyini təhvil verməlidir” - Vüsalə Hüseynli
12 oktyabr 2022 17:10 (UTC +04:00)

“Fransa ATƏT-dəki vasitəçiliyini təhvil verməlidir” - Vüsalə Hüseynli

Azərbaycanla-Avropa Birliyi arasında əlaəqlərin müsbətə doğru inkişafı, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində Brüssel formatı çərçivəsində, Aİ Şurasının  prezidenti Şarl Mişelin yaxından iştirakı  və ciddi cəhdləri sayəsində önəmli addımlar atılıb və bu davam edir. Bu barədə  açıqlama ekspert Vüsalə Hüseynli bildirib ki, prosesin müsbət tendensiyada inkişafı, bir sıra ölkələrin narahatçılığı ilə müşahidə olunur: “ 
Təbii ki bu prosesdən narahat olanlar var. Bu da anlaşılandır. Çünki bəzi ölkələrin burada öz siyasi maraqları var və onlar istəsələrdə bunu cizlədə bilmirlər. Fransanın Azərb aycana münasibəti, ümumilkdə Türkiyəyə, müsəlman ölkələrinə münasibəti nhamıya bəllidir. Bizdə rəsmi Parisin ATƏT-in Minsk Qrupunun həmsədri kimi 30 il müddətində etdiyi vasitəçilik missiyasında heç bir fəaliyyətinin şahidi olomadıq. Əksinə zaman-zaman Fransanın ermənipərəst mövqelərini və ermənilərin yanında dayandığını müşahidə edə bildik   Bundan əlavə , erməni şovinizminin yalan təbliğatından olan qondarma “soyqırımı” məsələsi və bir neçə il öncə Fransa Milli Assambleyasıınn qəbul etdiyi qərarını Azərbaycan ictimaiyyəti unutmayıb.  
İndi də Fransa çalışır ki, Brüssel formatını mənimsəyərək, yenidən prosessin aktiv iştirakçısı rolunda yenidən gündəmə gəlsin. Məhz bu səbəbdəndir ki, Azərbaycan ictimaiyyəti fəaliyyətsiz “Minsk qrupu”ndan imtina etməklə bağlı hökümət qarşısında məsələ qaldırıb.  Bu həmin rəsmi Parisdir ki, rəsmi və ya qeyri-rəsmi şəkildə bölgədə Ermənistan və İrana dəstək verir. Beynəlxalq təşkilatlarda da bu siyasəti yürüdür. Qardaş Türkiyənin Avropa Birliyinə üzvülüyü məsələsində  daim əleyhinə səs verir.  Səmərqənd görüşündədə biz Fransanın prezidenti Makronun “özfəaliyyəti”nin şahidi olduq. 
Maraqlıdır ki, işğal altında olan Azərbaycanın legitim ərazilərinə  dəfələrlə qeyri-qanuni səfər edən Fransanın deputatları, işğaldan azad olmuş həmin ərazilərə niyə bir dəfə də səfər etməyiblər. Fransa səfiri Şuşaya dəfələrlə səfərə dəvət edilsədə, bilinməyən səbəblərdən səfir bu səfərlərə qatılmayıb”. 
V. Hüseynli vurğulayıb ki, rəsmi Paris bizə olan  mövqeyini fürsət düşdükcə nümayiş etdirib. İndi isə cavab Azərbaycan ictimaiyyətinindir. Fransa ATƏT-dəki  vasitəçiliyini təhvil verməliverməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692
avatar

Oxşar yazılar