Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri, Türkiyəyə göndərilmiş üçüncü qrup
08 avqust 2021 10:36 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri, Türkiyəyə göndərilmiş üçüncü qrup

FHN-nin növbəti yanğın-xilasetmə qrupu Türkiyədə yanğınların söndürülməsinə başladı

0

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu Türkiyənin  Muğla vilayətinə çatıb.
APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir.
Onlar bu gün yanğınsöndürmə əməliyyatlarına cəlb olunacaq.
Qeyd edək ki,  hazırda FHN-nin 710 şəxsi heyəti, 93 texnika, bir ədəd helikopter və bir amfibiya təyyarəsi Türkiyədəki yanğınlarda fəaliyyət göstərir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2927

Oxşar yazılar