“Evdə tək” filminin aktrisası vəfat etdi
30 yanvar 2026 23:11 (UTC +04:00)

“Evdə tək” filminin aktrisası vəfat etdi

0

“Evdə tək” filmlərində baş qəhrəmanın anasını canlandıran amerikalı aktrisa Ketrin O'Hara 72 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə TMZ portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, aktrisa yanvarın 30-da dünyasını dəyişib. Ölümün səbəbi hələlik açıqlanmayıb.

Ketrin O'Hara 1990-cı ildə çəkilmiş "Evdə tək" və 1992-ci ildə ekranlara çıxan "Evdə tək 2: Nyu-Yorkda itmiş" filmləri ilə geniş tamaşaçı auditoriyası tərəfindən tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar