Ermənistanda yeni doğulmuş uşağın koronavirusdan ölmə xəbəri yayılıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə “Murasan” xəstəxanasının rəsmisi Şuşan Danielyan məlumat verib.
Məlumata görə, körpə oktyabrın 19-da tibb müəssisəsinə qəbul olunub, oktyabrın 26-da süni tənəffüs aparatına qoşulub. Amma onu xilas etmək mümkün olmayıb.