Türkiyə ilə Ermənistan sərhədində yanğın olub.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Araz çayının sahilində baş verib.
Yanğın qamışlığa sığınan qabanları qaçırtmaq üçün ermənilər tərəfindən törədilib.
Qısa müddətdə yanğın nəzarətdən çıxaraq yaxınlıqdakı meşəlik əraziyə keçib.
Yanğının Tuzluca rayonunun Turabi kəndinə doğru yaxınlaşdığı bildirilir.
Ancaq Araz çayı yanğının Türkiyə ərazisinə girməsinə imkan verməyib.
Doğan xəbər agentliyinin məlumatına görə, yanğının başlamasından bir neçə saat keçməsinə baxmayaraq, erməni tərfdən hadisənin qarşısını almaq üçün heç bir tədbir görülmür.