Əmisi öldü,  həbsxanadan qaçdı
14 dekabr 2022 13:42 (UTC +04:00)

Əmisi öldü, həbsxanadan qaçdı

0

Həbsxanadan qaçan şəxs avtobusda saxlanılıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Konya şəhərində baş verib. Qəsdən adam öldürmə cinayətinə görə, 25 il həbs cəzası alan Əbubəkir. C həbsxanadan qaçıb.

Məlumata görə, Ağsaray-Konya yolunda avtobusu saxlayan polislər sərnişinlərin vəsiqələrini yoxlayıblar. Bu zaman Əbubəkir. C-nın cəzaçəkmə müəssisəsindən qaçdığı üzə çıxıb. O, yenidən həbsxanaya göndərilib.

Niyə qaçdığı soruşulduqda isə o, ölən əmisinin dəfninə getmək istədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2843

Oxşar yazılar