Ekvador millisinin qapıçısı həbs olundu
27 yanvar 2026 03:23 (UTC +04:00)

Ekvador millisinin qapıçısı həbs olundu

0

Ekvador millisinin və "LDU Kito" klubunun qapıçısı Qonsalo Valye sərxoş vəziyyətdə sükan arxasına əyləşdiyi üçün həbs olunub.

Lent.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Məlumata görə, 29 yaşlı qolkiper avtomobili sərxoş idarə etdiyi üçün 20 sutka müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarı ilə futbolçunun sürücülük vəsiqəsi 60 gün müddətinə ləğv edilib, özü isə 1 446 dollar məbləğində cərimə olunub. "LDU Kito" klubu sosial media hesabları vasitəsilə hadisəni təsdiqləyib.

Qonsalo Valye "Instagram" hesabı üzərindən paylaşım edərək həm komanda yoldaşlarından, həm də azarkeşlərdən üzr istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar