Ehsandan 32 nəfər zəhərləndi
23 sentyabr 2023 06:42 (UTC +04:00)

Ehsandan 32 nəfər zəhərləndi

Türkiyənin Uşak vilayətində paylanan ehsandan zəhərlənmə qeydə alınıb.

Lent.az "TRT Haber"ə istinadən xəbər verir ki, bir nəfər mərhum atası üçün ehsan paylayıb.

Cümə namazından sonra paylanan toyuqlu aşdan yeyən 32 nəfər ürəkbulanma, başağrısı səbəbi ilə xətəxanaya müraciət edib.

Xəstələrin bəziləri təkbaşına xəstəxanaya gedərkən, digərləri təcili yardımla Uşak Təhsil və Araşdırma Xəstəxanasına və şəhərdəki özəl xəstəxanaya aparılıb.

Xəstəxanada müalicə olunan 32 nəfərdən 21-i müalicəsi başa çatdıqdan sonra evə buraxılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3936
avatar

Oxşar yazılar