Dünyanın ən yaşlı quşu olan Visdom bu günlərdə ABŞ-ın milli parklarından birinə köç edib.
Lent.az xəbər verir ki, albatros cinsindən olan quşun hazırda yaşı 71-i ötüb. O, yaşayan ən yaşlı quş hesab edilir. 1956-cı ildə halqa taxılarkən onun azı 5 yaşı olub. 3 il əvvəl halqalar yenilənib. Yaşı ötməsinə baxmayaraq Visdom yumurta qoyub.