Dünyanın ən bahalı  qida brendləri - SİYAHI
29 avqust 2024 12:37 (UTC +04:00)

Dünyanın ən bahalı qida brendləri - SİYAHI

"Brand Finance” konsaltinq şirkəti dünyanın ən bahalı qida brendlərinin siyahısını təqdim edib. 

Lent.az-ın məlumatına görə, “Nestle” artıq yeddinci ildir ki, ən qiymətli qida brendlərinin dünya reytinqində liderdir.

Hesabatda qeyd olunur ki, brendin dəyəri il ərzində 7 faiz azalaraq 20,8 milyard dollara çatsa da, “Nestle”nin yüksək reputasiyası və davamlılığı ona qlobal qida sənayesində birinci yeri saxlamağa kömək edib.

“Lays” brendi isə ikinci yerə yüksəlib. Onun dəyəri il ərzində 9 faiz artaraq 12 milyard dollara çatıb.

Üçüncü yerdə dəyəri 11,6 milyard dollar olan “Yili” brendi qərarlaşıb.

Ümumilikdə, qlobal qida və içki seqmenti bu il marka dəyərinin 4 faiz azalaraq 268 milyard dollara çatdığını bildiriblər. 

“İstehlakçılar getdikcə böyük brendlərdən uzaqlaşaraq unikal, fərdiləşdirilmiş məhsullar təklif edən daha kiçik özəl etiketlərə keçirlər”, - “Brand Finance” analitikləri qeyd edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089
avatar

Sevinc Fərid

Oxşar yazılar