Dünyada ilk dəfə xəstəyə dronla gətirilən ağciyər köçürülüb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, hadisə Kanadanın Toronto şəhərində baş verib.
Şəhərin “Western Hospital” klinikasında bir xəstədən götürülən ağciyər 6 dəqiqə ərzində “General Hospital”a çatdırılıb.
Ağciyəri dronla daşıyan “Unither Bioelectronique” şirkətinin sahibi açıqlamasında bildirib ki, orqan xüsusi hazırlanmış qutu vaistəsilə uğurla xəstəxanaya çatdırılıb.