Monqolustanda heyvanın koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkənin veterinar xidmət baş idarəsinin eksperti Adiyasuren Tuvşinbayar məlumat verib.
Onun sözlərinə görə, Ötən ay, Ulan-Bator Ətraf mühit idarəsinin nəzdində bir damazlıq mərkəzində saxlanılan iki qunduz müəmmalı şəraitdə ölüb.
Ekspert deyib ki, laboratoriya testi nəticəsində heyvanların ölümünə COVID-19-un səbəb olduğu müəyyənləşdirilib.
Tuşinbayar əlavə edib ki, mərkəzdəki daha 7 qunduzda “Delta” ştammının əlamətləri aşkar olunub.