Keniya təhlükəsizlik xidmətinin zabiti Con Njue Kibue Qətərdə keçirilən dünya çempionatında hündürlükdən yıxılaraq dünyasını dəyişib.
Lent.az bildirir ki, bu barədə ABŞ mətbuatı turnirin təşkilatçılarına istinadən xəbər verir.
Hadisə “Lusail Aykonik” arenada baş verib. Mühafizəçi xidməti vəzifəsini yerinə yetirərkən hündürlükdən yıxılaraq Dohadakı xəstəxanaya aparılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.