Dubayda fantastik qiymətə avtomobil nömrəsi satıldı: YENİ DÜNYA REKORDU
02 may 2021 06:12 (UTC +04:00)

Dubayda fantastik qiymətə avtomobil nömrəsi satıldı: YENİ DÜNYA REKORDU

Şənbə günü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) xeyriyyə hərracında satılan avtomobil nömrəsinin qiyməti dünya rekordunu qırıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, iki hərfdən və bir rəqəmdən ibarət olan avtomobil qeydiyyat nişanı onlayn baş tutub.

Qeydiyyat nömrə nişanı 38 milyon dirhəmə (10 milyon dollardan çox) satılıb.

AA9 nömrəsini alan alıcının adı hələ açıqlanmayıb. Həmin gün U31, T38 və E51 avtomobil qeyd nömrələri də hərraca çıxarılıb. Ümumilikdə, hərrac 48,5 milyon dirhəm (13,2 milyon dollar) qazanıb.

Hərraca qatılanlar arasında Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktum da olub. 

Qeyd edək ki, hərracdan əldə olunan gəlir kasıblara ərzaq paylamaq kampaniyasına yönəldiləcəkdir.

Xatırladaq ki, qeydiyyat nömrə satışı ilə bağlı bunda əvvəlki rekord da Dubayda yenilənmişdi - D5 qeydiyyat nişanı 2016-cı ildə 33 milyon dirhəmə (təxminən, 9 milyon dollara) satılmışdı. 

# 2709
avatar

Oxşar yazılar