“Drag racing” avtomobil yarışı FACİƏ İLƏ BİTDİ
24 oktyabr 2021 08:38 (UTC +04:00)

“Drag racing” avtomobil yarışı FACİƏ İLƏ BİTDİ

ABŞ-ın Texas ştatında Kervill şəhərində düz xətt üzrə “Drag racing” avtomobil yarışı faciə ilə sona çatıb.

APA xəbəər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Şəhər hava limanının uçuş-enmə zolağında keçirilən tədbir zamanı rəqiblərdən birinin avtomobili idarəetməni itirərək yaxınlıqda dayanmış tamaşaçıların avtomobillərinə çırpılıb. 

Qəza nəticəsində 6 yaşlı uşaq yerindəcə ölüb, 8 yaşlı uşaq isə Kervilldəki “Peterson” Regional Tibb Mərkəzinə aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Daha 8 nəfərin yaralandığı bildirilib. Yaralılardan iki kişi və iki qadının xəsarətləri ağır olduğundan təyyarə ilə yerli xəstəxanalara çatdırılıb. 

Polis hadisənin səbəblərini araşdırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3150

Oxşar yazılar