Voloqda vilayətinin deputatı Qordeyev Yeni il hədiyyəsi olaraq həmkarlarına yumurta verib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, siyasətçinin sözlərinə görə, belə bir hədiyyə ilə işçilərini sevindirmək istəyib. “Niyə ancaq yumurtaları deyirsiniz? Əsas hədiyyənin hər cür qoz-fındıqdan bir kiloqram olduğunu görmədiniz. Yumurtalar isə sadəcə əylənmək, Yeni il qabağı insanları şənləndirmək üçündür”, deyə o, açıqlamasında bildirib.
Eyni zamanda, ictimaiyyət də sosial şəbəkələrdə Qordeyevin qeyri-adi hədiyyəsinə reaksiya verib. “Ən qiymətli hədiyyə”, “Təqaüdçülər ancaq dodaqlarını yalaya bilərlər” deyə şəbəkə istifadəçiləri qeyd ediblər.