Tunisin Sahil Mühafizəsi bölmələri Mahdia əyalətində 15 miqrantın meyitini tapıb.
Lent.az xəbər verir ki, bu barədə "Tunis Afrique Presse" məlumat yayıb.
Məlumata görə, ən azı 15 nəfərin meyiti Mahdia əyalətinin Əş-Şəbbə və Salakta şəhərlərinin sahillərində tapılıb.
İlkin məlumatlara görə, ölənlərin hamısı müxtəlif ölkələrdən olan miqrantlardır.
Hüquq-mühafizə orqanları onların şəxsiyyətini müəyyənləşdirməsi istiqamətində iş aparır.