Dəmiryolçuların aksiyası NƏQLİYYATI İFLİC ETDİ
21 dekabr 2021 02:19 (UTC +04:00)

Dəmiryolçuların aksiyası NƏQLİYYATI İFLİC ETDİ

Rumıniyada dəmiryolçular etiraz aksiyası keçirib.

Lent.az Rumıniya milli radiosuna istinadən xəbər verir ki, bu səbəbdən dəmiryolu nəqliyyatında ciddi pozuntular baş verib. Ölkə boyu onlarla qatar təyinat yerinə iki-dörd saat gecikmə ilə gəlib. 

Paytaxt Buxarestdə yerləşən Şimal vağzalında qatarların gecikməsi sərnişin sıxlığına səbəb olub. Hökumət vağzalda təhlükəsizliyin artırılması üçün müvafiq tədbirlər görüb.

Qeyd edək ki, dəmiryolçuların etirazına səbəb hökumətin parlamentdə təsdiq olunmuş “Dəmir yolu işçilərinin statusu haqqında” qanunun qüvvəyə minməsini 2023-cü il yanvarın 1-nə qədər təxirə salmasıdır.

Bu, 50 min dəmiryolçunun maaşının dondurulması deməkdir. Halbu ki, reqlamentə əsasən, onların maaşı 30% artırılmalıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860
avatar

Oxşar yazılar