Bolqarıstanın 5 şəhərində temperatur rekordu qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosunu məlumat yayıb.
Bildirilib ki, Razqrad şəhərində hava 1950-ci ilin rekord göstəricisindən 1,3 dərəcə selsi yüksək olmaqla 20,1 dərəcə selsi səviyyəsinə qədər istiləşib.
Burqasda isə temperratur 20 dərəcə selsi olub. Bu şəhərdə 1944-cü ildə rekord göstərici 18,4 dərəcə selsi imiş. Yeni temperatur rekordları Varnada - 19,6 dərəcə selsi , Şumendə - 19,5 dərəcə selsi və Dobriçdə - 17,8 dərəcə qeydə alınıb.