Daha bir ölkədə etirazlar başladı
10 dekabr 2022 17:26 (UTC +04:00)

Daha bir ölkədə etirazlar başladı

Banqladeşin paytaxtı Dəkkədə müxalifətdə olan Banqladeş Milliyyətçi Partiyasının on minlərlə tərəfdarı hökumətin istefası tələbi ilə küçələrə axışıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, yerli sakinlər baş nazir Şeyx Hasinanın siyasətinə etiraz edirlər. Camaat “Şeyx Hasina səs oğrusudur” şüarları səsləndirərək seçkilərin keçirilməsini və müvəqqəti hökumətin təyin olunmasını tələb ediblər.

“Bizim əsas tələbimiz Şeyx Hasinanın istefası, parlamentin buraxılması, azad və ədalətli seçkilərin keçirilməsi üçün bitərəf müvəqqəti hökumətin yaradılmasıdır”, - deyə partiya sözçüsü bildirib.

Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Oxşar yazılar