Cənubi Avstraliya sahillərində yaşyan Arnold Pointer balıq ovu ilə məşğuldur. Yaşı o qədər də çox olmasa da, üzləşdiyi maraqlı, eyni zamnda qorxunc hadisə hələ də müamma olaraq qalır.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, vəşhi ağ köpəkbalığının Arnolda olan “sevgi”si hər kəsdə təəccüb yaradır…
Hadisə bir neçə il əvvəl olub. Günlərin birində avstraliyalı balıqçı həmişəki kimi torunu yoxlamağa gəlir. Gördüyü mənzərədən donub qalır: tora düşən qədim okean canlısı – ağ köpəkbalığı yaşamaq uğrunda bütün gücünü səfərbər etmişdi, ancaq bacarmırdı. Arnold özünü toparlamağı bacardı, cəld bıçaq götürüb toru bir neçə yerdən kəsdi – təki vəhşi ondan uzaqlaşsın.
Lakin gördükləri balıqçını daha da heyrətləndirdi. Köpəkbalığı üzməyə tələsmirdi, sanki xilaskarına təşəkkür etmək qərarına gəlmişdi. Sahildən uzaqlaşmayaraq ona “dostuq mesajı” göndərirdi.
Sonrakı günlər qəribə anlar yaşandı… Arnoldun zarafatla Sindi adlandırdığı yırtıcı hər səhər sahildə onun qayığını gözləyirdi.
Təbii ki, əvvəllər köpəkbalığının istiqanlığı balıqçının xoşuna gəlsə də, sonralar əsəblərini tarıma çəkdi. Çünki 6 metrlik köpəkbalığı yüz metr radiusda üzərək balığçının ov etməsinə imkan vermirdi…