Almaniyanın İctimai Səhiyyə Agentliyinin direktoru - Robert Koç İnstitutunun rəhbəri Lothar Vieler ölkədə koronavirusa yolxmanın artmasından çox narahat olduqlarını bildirib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, direktor ölkə əhalisini xüsusi karantin rejiminin qaydalarına məsuliyyətlə əməl etməyə çağırıb: “Biz sürətlə inkişaf edən pandemiyanın ortasındayıq. Vətəndaşlarımız tətbiq edilən qaydalara səhlənkar yanaşırlar”.
Direktor əhalini maska taxmağa, sosial məsafəni gözləməyə və gigiyena qaydalarına hörmət etməyə çağırıb.
Qeyd edək ki, son bir həftə ərzində Almaniyada 3611 yeni yoluxma qeydə alınıb.
Ölkə vətəndaşlarına Avropanın bir çox ölkələrinə, xüsusilə İspaniyanın üç bölgəsinə - Araqon, Kataloniya və Navarraya səyahət etməmələri barədə xəbərdarlıq edilib.