“Roskosmos”un baş direktoru: “Safronovun gizli məlumatlara çıxışı olmayıb”
07 iyul 2020 16:37 (UTC +04:00)

“Roskosmos”un baş direktoru: “Safronovun gizli məlumatlara çıxışı olmayıb”


“Roskosmos”un baş direktorunun dövlətə xəyanətdə ittiham olunaraq saxlanılan müşaviri İvan Safronovun gizli məlumatlara çıxışı olmayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Roskosmos"un baş direktoru Dmitri Roqozin TASS-a açıqlamasında bildirib.

“Ay yarım bundan əvvəl o, “Roskosmos”un fəaliyyətini işıqlandırmaq üçün dəvət olunub. Onun gizli məlumatlara çıxışı olmayıb”, - deyə D. Roqozin vurğulayıb.

Baş direktor onu da qeyd edib ki, illər ərzində İ. Safronovu mövzunu dərindən bilən jurnalist kimi tanıyıb: “Onun yüksək peşəkarlığına şübhə etməmişəm”.

Xatırladaq ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “Roskosmos” baş direktorunun müşaviri İ. Safronovun saxlanılması barədə məlumat yayıb. Məlumatda İ. Safronovun NATO-nun xüsusi xidmətinə işlədiyi, Rusiyanın hərbi-texniki əməkdaşlığı, müdafiə və təhlükəsizliyi ilə bağlı dövlət sirri daşıyan məlumatları qarşı tərəfə ötürdüyü bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2566
avatar

Oxşar yazılar