İyirmi ildir BMT-də işləyən amerikalı aktrisa Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) xüsusi nümayəndəsi vəzifəsini tərk edəcək.
Lent.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.
Onun sözlərinə görə, Coli BMT QAK-ın humanitar və insan hüquqları məsələlərinə keçid edir.
“Biz ona bu illər ərzində göstərdiyi xidmətə, fədakarlığına, qaçqın və məcbur köçkünlərə üçün gördüyü işlərə görə minnətdarıq. BMT QAK ilə uzun və uğurlu əməkdaşlıqdan sonra onun missiyasını dəyişmək və qərarını dəstəkləmək istəyini yüksək qiymətləndirirəm”, - deyə Filippo Qrandi qeyd edib.
Coli 2001-ci ildən BMT QAK-da işləyir və 2012-ci ildə təşkilatın xüsusi nümayəndəsi təyin edilib.
Aktrisanın Yəmən və Burkina Faso da daxil olmaqla 60-dan çox səhra missiyası həyata keçirdiyi qeyd olunub.