Rusiyanın Volqoqrad vilayətində yol qəzası olub.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə səhər saatlarında Kikvidzenski rayonunda baş verib.
48 yaşlı sürücü yolda küçə pişiyindən yan keçmək istəyib. Bu zaman maşını çuxura düşüb və ağaca çırpılıb. Qəza nəticəsində sürücü və iki sərnişin xəsarət alıb.