Çin peykləri sıradan çıxara  bilən silah yaratdı
06 fevral 2026 02:23 (UTC +04:00)

Çin peykləri sıradan çıxara bilən silah yaratdı

0

Çinli alimlər gücü 20 giqavat olan və bir dəqiqə ərzində impulslar yarada bilən dünyada ilk mikrodalğalı silah hazırlayıb.

Lent.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, yerüstü və kompakt olan bu sistem aşağı Yer orbitində yerləşən peyklərin fəaliyyətini pozmaq və ya onları zədələmək imkanına malikdir. Söhbət "Starlink" peykləri də daxil olmaqla müxtəlif kosmik aparatlara təsirdən gedir.

Məlumata əsasən, TPG1000Cs adlanan qurğu Şensi əyalətinin Sian şəhərində yerləşən Şimal-Qərb Nüvə Texnologiyaları İnstitutunda hazırlanıb. Cihazın uzunluğu 4 metr, çəkisi isə 5 ton təşkil edir ki, bu da onun yük avtomobillərində, hərbi gəmilərdə, təyyarələrdə və hətta peyklərdə yerləşdirilməsinə imkan verir. Qəzet qeyd edir ki, indiyədək mövcud olan oxşar sistemlər fasiləsiz olaraq maksimum üç saniyə işləyə bilib və daha iri ölçülərə malik olub.

Bildirilir ki, TPG1000Cs bir seans ərzində 3 minədək yüksək enerjili impuls yarada bilir və bu göstərici dünyada mövcud olan analoji sistemləri xeyli üstələyir. Nəşr vurğulayır ki, Çin bu qurğunu gələcəkdə kosmosda yerləşdirərsə, “görünməz zərbələr” daha çətin aşkar olunan və daha təsirli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar