Çexiyada Milad hədiyyəsi evdən qaçdı
28 dekabr 2025 06:54 (UTC +04:00)

Çexiyada Milad hədiyyəsi evdən qaçdı

0

Çexiyanın Zlin bölgəsində "Skip" adlı 18 aylıq kenquru evdən qaçıb.

Lent.az xəbər verir ki, bu barədə "Novinky" nəşri məlumat yayıb.

Məlumata görə, heyvan bir ailənin Milad üçün uşaqlarına aldığı hədiyyə olub.

Kenquru balasının axtarışlarına yanğınsöndürənlər cəlb olunub. Ailə sosial şəbəkədə yerli əhalidən yardım istəyib.

Qısa müddət sonra evdən qaçmış Milad hədiyyəsi tapılıb. 80 santimetr boyu və 18 kiloqram çəkisi olan kenquru balasının evdəki səs-küydən qorxduğu üçün qaçdığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar