Cənubi Afrikaya qar yağdı : 50-yə yaxın insan öldü - YENİLƏNİB
11 iyun 2025 23:48 (UTC +04:00)

Cənubi Afrikaya qar yağdı: 50-yə yaxın insan öldü - YENİLƏNİB

Cənubi Afrikada qar yağması və ardınca daşqınlar 49 nəfərin həyatına son qoyub.

Lent.az xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən Shot Telegram kanalı məlumat yayıb.

Pis hava şəraiti geniş dağıntılara səbəb olub. Yerli mətbuatın məlumatına görə, Cənubi Afrikanın əyalətlərindən birində içərisində uşaqların olduğu məktəb avtobusunu sel aparıb. Qəza nəticəsində 6 məktəbli ölüb.

Ölkənin müxtəlif əyalətlərində qar yağması səbəbindən yüzlərlə avtomobil böyük tıxaclarda qalıb.

***

22:07

Cənubi Afrikada qar yağması və pis hava şəraiti elektrik enerjisinin kütləvi kəsilməsinə səbəb olub və qəzalar zamanı beş nəfər həlak olub.

Lent.az xəbər verir ki, Cənubi Afrika Respublikasında güclü qar yağması, daşqınlar və tufanla müşayiət olunan pis hava şəraiti davam edir.

Təbii fəlakət 500 minə yaxın evi işıqsız qoyub. Tambo bölgəsində daşqınlar azı 7 nəfərin həyatına son qoyub. Ölkə ərazisində davam edən pis hava şəraiti həmçinin bir sıra qəzalara da səbəb olub.

Güclü qar yağması səbəbilə yollar bağlanıb kilometrlərlə tıxac yaranıb.

Cənubi Afrika sahillərində gəmilər də fırtına və yüksək dalğalar səbəbilə sahilə yanaşmaqda çətinlik çəkir.

Sinoptiklər bunu regionda təbii fəlakətlərin tezliyini və şiddətini artıran iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1289

Oxşar yazılar