Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümü ilə bağlı cinayət şübhəsi məsələsini ABŞ Ədliyyə Nazirliyi bir daha gündəmə gətirib. Bununla əlaqədar meyitin ekspertiza fotoları yayılıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, şəkillərdə onun boynunda dərin yara izi, qançırlar görünür. Bununla yanaşı, Epşteynin kamerasında parçalanmış yataq örtüsü, dərman qutuları və yerə səpələnmiş məftillər görünür. Yeni dəlillər Epşteynin ölümü ilə bağlı cinayət şübhələrini gücləndirir.
Qeyd edək ki, sənədlərdə 90 əməliyyat fotosu var. Həmin fotoların bir neçəsini təqdim edirik:


