Türkiyənin Hatay şəhərində baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan uşaq xilas olunmağı gözləyir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, azyaşlının xilas olunması üçün insanlar səfərbər olub.
Suriyalı olduğu və valideynlərinin də dağıntılar altında qaldığı bildirilən uşaq yaşadığı şokdan danışa bilmir.
İnsanlar uşağı gecələr üşüməsin deyə yorğan-döşəyə büküb, başına papaq taxıb, susuz olanda içmək üçün yanında plastik butulkada su qoyublar.