Litva Parlamenti (Seym) qanunverici orqanda işləyənlər üçün Covid buraxılış sənədinin tətbiq edilməsi barədə qanun qəbul edib.
Lent.az-ın xəbərinə görə, yanvardan etibarən Litva Seyminin binasına yalnız tam vaksin olunmuş və ya son 72 saat ərzində mənfi nəticəli koronavirus testi vermiş şəxslər buraxılacaq. Müvafiq sənədi olmadığı üçün parlamentin iclaslarında iştirak etməyən deputatların maaşı kəsiləcək.
Ölkədə indiyədək vaksin sertifikatı yalnız böyük ticarət obyektlərinə və restoranlara girmək üçün tələb olunurdu.