Ukraynada elektrik enerjisinin verilməsinə məhdudiyyətlər tətbiq ediləcək.
Lent.az xəbər verir ki, bu brədə ölkə prezidentinin aparat rəhbərinin müavini Kirill Timoşenko bildirib.
"Saat 7:00-dan 23:00-a kimi elektrik enerjisindən istifadəni minimuma endirmək lazımdır. Bu, ölkənin bütün regionlarının sakinlərinə aiddir", - deyə o, Teleqram kanalında yazıb.
O bütün ukraynalıları işıqların kəsilməməsi üçün bu təlimata əməl etməyə çağırıb.Timaşenko əlavə edib ki, respublikada küçələrin işıqlandırılması da məhdudlaşdırılacaq.