Bu ölkədə gün ərzində koronavirusa 200 min nəfər  yoluxub
05 iyul 2022 22:38 (UTC +04:00)

Bu ölkədə gün ərzində koronavirusa 200 min nəfər yoluxub

Fransada son sutkada yeni növ koronavirusa yoluxma sayı 200 min nəfəri keçəcək.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, bunu ölkənin yeni səhiyyə naziri Fransua Braun parlamentdə sanitar təhlükəsizlik haqqında qanunun müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, hazırda ölkədə koronavirus pandemiyasının yeddinci dalğası yaşanır və yoluxma sayı kəskin artır. Getdikcə daha intensiv yayılan virusun qarşısını almaq və səhiyyə sistemini yüklənmədən qorumaq zəruridir.

Nazir qeyd edib ki, xəstəxanalara müraciət edənlərin sayı artsa da, yanvar ayındakı pik həddə çatmayıb. O, əhalinin sıx toplaşdığı yerlərdə və ictimai nəqliyyatda maska taxmaqla yanaşı, həssas əhali qrupları üçün növbəti buster doza vurulmasını da təklif edib. 

“Biz xüsusi böhran vəziyyətindən çıxsaq da koronavirus epidemiyası bizi tərk etməyib. Bu səbəbdən bəzi qaydalar tətbiq edilməlidir” – deyə nazir vurğulayıb. 
 

# 1104
avatar

Oxşar yazılar