Bu ölkədə 1 milyon dozadan artıq peyvənd yandırıldı -  SƏBƏB
23 dekabr 2021 20:41 (UTC +04:00)

Bu ölkədə 1 milyon dozadan artıq peyvənd yandırıldı - SƏBƏB

Nigeriyada 1 milyon dozadan çox vaxtı ötmüş Covid-19 əleyhinə peyvənd  məhv edilib.

Lent.az-ın xəbərinə görə, bu barədə Nigeriyanın Vaksin Proqramı üzrə Milli Mərkəzi məlumat verib. Məlumatda qeyd edilir ki, “AstraZeneca” şirkətinin istehsalı olan vaxtı keçmiş peyvənd yandırılıb.

Mərkəzin direktoru Faysal Şuayib deyib: “Bu peyvənd  ölkəyə hədiyyə edilərkən son istifadə tarixinə az qaldığı məlum idi. Lakin böyük dövlətlərin peyvənd millətçiliyinə görə Nigeriya peyvənd  ala bilməyib. Böyük dövlətlər peyvəndləri  toplayaraq istifadə müddəti başa çatanda bizə təklif ediblər”.

Qeyd edək ki, 220 milyon nəfər əhalisi olan Nigeriyada cəmi 4 milyon nəfər, başqa sözlə əhalinin 3%-i peyvənd olunub. Əhali isə koronavirus xəstəliyini ciddi qəbul etmir. Çünki malyariyadan hər saatda 10 nəfər dünyasını dəyişir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3186
avatar

Oxşar yazılar