Bu ölkə hər gün  milyon avro cərimə ödəməlidir - SƏBƏB
20 yanvar 2022 22:39 (UTC +04:00)

Bu ölkə hər gün  milyon avro cərimə ödəməlidir - SƏBƏB

Avropa Komissiyası Polşanı 70 milyon avro cərimə etmək barədə qərar verib.
Lent.az-ın xəbərinə görə, buna səbəb Ali Məhkəmənin intizam palatasının ləğv edilməməsidir. Palata hakimlərin müstəqilliyinə mane olan qurum kimi xarakterizə olunur.

Oktyabrda Avropa Ədalət Məhkəməsi intizam palatasının ləğvinə dair qərar çıxarıb. Qərarda göstərilir ki, palata ləğv edilmədiyi təqdirdə rəsmi Varşava noyabrın 3-dən başlayaraq hər gün üçün 1 milyon avro cərimə ödəyəcək. 10 yanvarda qeyd edilən vaxtdan artıq  70 gün keçib. 
Yaxın 60 gün ərzində cərimə ödənilmədiyi təqdirdə bu vəsait Avropa Komissiyasının Polşaya ayırdığı büdcədən tutulacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680
avatar

Oxşar yazılar