Tedros Qebreyesus, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru
08 sentyabr 2024 19:10 (UTC +04:00)

Tedros Qebreyesus, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru

Bu münaqişə 10 minlərlə insanı öldürüb

Sudanda 2023-cü ilin aprelindən davam edən münaqişə 20 mindən çox insanın ölümünə səbəb olub.

Lent.az-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Port-Sudanda keçirilən mətbuat konfransında bildirib.

Tedros Qebreyesus nəzərə çatdırıb ki, Sudanda 10 milyon insan evini tərk etmək, 2 milyon nəfər qonşu ölkələrə qaçmaq məcburiyyətində qalıb. Hazırda ölkə əhalisinin yarısından çoxunun – 25 milyona qədər sudanlının dəstəyə ehtiyacı var. Onlardan 14,7 milyon nəfərə təcili dəstək tələb olunur.

ÜST baş direktoru tərəfləri dərhal atəşi dayandırmağa, siyasi həll axtarmağa, eyni zamanda beynəlxalq aləmi humanitar sahədə maliyyə dəstəyini artırmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342
avatar

Oxşar yazılar