2023-cü ilin əvvəlindən ABŞ-da 40 kütləvi atışma olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Amerikanın “Gun Violence Archive” tədqiqat təşkilatı “Twitter”də məlumat yayıb.
Hadisələrin 18 müxtəlif ştatda baş verdiyi qeyd edilir. Təşkilat iddia edir ki, bunlar 2014-cü ildən bəri ən yüksək göstəricilərdir.
Belə ki, yanvarın 24-də Yakima şəhərində (Vaşinqton ştatı) atışma nəticəsində 3 nəfər, yanvarın 22-də Monterey şəhərində (Kaliforniya ştatı) 11 nəfər həlak olub.
“Gun Violence Archive”nin məlumatına görə, keçən il ABŞ-da baş verən atışmalarda 1600 uşaq daxil olmaqla 43 600 nəfər həlak olub.
“Gun Violence Archive” təşkilatı 2013-cü ildə yaradılıb. O, odlu silah hadisələri ilə bağlı gündəlik statistik məlumatları dərc edir.