Boykot çağırışı edənlərə bəd xəbər - Prokurorluq araşdırma başlatdı
02 aprel 2025 01:58 (UTC +04:00)

Boykot çağırışı edənlərə bəd xəbər - Prokurorluq araşdırma başlatdı

İstanbul Prokurorluğu ictimaiyyətə edilən "boykot" çağırışları ilə bağlı araşdırma başladıb. 

Türkiyə Baş Prokurorluğundan Anadolu Agentliyinə verilən açıqlamada qeyd olunub ki, ənənəvi və sosial mediada xalqın bir hissəsinin iqtisadi fəaliyyətlə məşğul olmasının qarşısını almaq məqsədi daşıyan “boykot” çağırışları edənlər, həmçinin, bu çağırışı yayan şəxslərlə bağlı  araşdırma başladılıb.

Araşdırma “nifrət və ayrı-seçkilik”,  “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamları ilə bağlı aparılır.

Məlumatda o da qeyd olunub ki, edilən çağırışlardan sonra bəzi iş yerlərində fiziki və sözlü zorakılıq hallarına dair şikayətlərlə bağlı araşdırmalar da bu istintaq araşdırması ilə birləşdirilib.

APA-nın məlumatına görə, İstanbulun Bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsindən sonra keçirilən aksiyalarda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl, tərəfdarlarını bəzi markalardan və restoranlardan istifadə etməməyə çağırıb. Özəlin boykot siyahısında olan markalar və restoranlar, əsasən, holdinqində media şirkətləri də olan sahibkarlara aid olub. Özəl bu çağırışını medianın bir hissəsinin aksiyaları işıqlandırmaması, tərəfli mövqe nümayiş etdirmələri ilə əsaslandırıb. 

Özgür Özəlin çağırışı sosial mediada geniş yayılıb, müxtəlif markaların adlarından ibarət siyahılar yayılıb. Bu markalar və iş yerləri maddi və mənəvi zərərə uğradıqlarını qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2900

Oxşar yazılar

Silahlılar kəndə basqın edib 300-dən çox adamı  öldürdülər

Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər

15 iyul 2025 , 12:36
115 yaşlı  marafonçu faciəli şəkildə öldü

115 yaşlı marafonçu faciəli şəkildə öldü

15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl  hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord

"Bitcoin"in məzənnəsində yeni rekord

14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili  təqdim olundu

Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu

14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA:  ölənlər var

ABŞ-da kilsədə ATIŞMA: ölənlər var

14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər  xlordan zəhərləndi

Rusiyada 31 nəfər xlordan zəhərləndi

13 iyul 2025 , 22:47
Londonda təyyarə  qəzaya uğradı

Londonda təyyarə qəzaya uğradı

13 iyul 2025 , 22:16