BMW mümkün yanğın riski səbəbindən yenidən yüz minlərlə avtomobili geri çağırmalı olub.
Lent.az “Bild” qəzetinə istinadla xəbər verir ki, geriçağırılma 2022-ci il iyunun 9-dan 2025-ci il dekabrın 5-dək istehsal edilmiş i5, 7-ci seriya, M5, 5-ci seriya və i7 modellərini əhatə edir. Bu da təxminən 337 min 374 ixrac olunan avtomobil deməkdir. Almaniyada isə 29 min 441 nəqliyyat vasitəsi risk qrupuna daxildir.
Kokpit kabel dəstinin düzgün yerləşdirilməməsi mikrofiltrin dəyişdirilməsi zamanı naqillərin zədələnməsinə, nəticədə qısaqapanma, tüstülənmə və hətta yanğına səbəb ola bilər. Problemin aradan qaldırılması üçün kabel dəstinin yerləşdirilməsi yoxlanılacaq və zərurət olduqda düzəliş ediləcək.