ABŞ Dövlət katibi Antoni Blinken və BMT-nin Baş katibi Antonio Quterreş telefon söhbəti zamanı Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Lent.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, tərəflər ölkələrin ərazi bütövlüyü ilə bağlı BMT prinsiplərinin müdafiəsinin vacibliyini vurğulayıblar. Həmçinin Ukrayna və haitidə humanitar böhranların həlli üçün BMT-nin səylərinin artırılmasının vacibliyi qeyd edilib.