Niderlandda fərdi yaşayış evində baş vermiş partlayış ölkə mətbuatında baş xəbər olub.
Lent.az-ın xəbərinə görə, hadisə günorta saatlarında Erikalaan şəhərində baş verib.
Polisin məlumatında bildirilir ki, 32 yaşlı ev sahibi evinə daxil olaraq siqaret yandırıb. Bu zaman partlayış baş verib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yanında gələn şəxsə isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Təhqiqat zamanı məlum olub ki, sızma nəticəsində evdə böyük həcmdə qaz toplanıb. Siqaret yandırılarkən baş verən partlayış nəticəsində qapı və pəncərələr yerindən çıxıb, tavan ciddi şəkildə zədələnib. Binanı yararlı vəziyyətə gətirmək üçün əsaslı təmir vacibdir.