Bir qrup alpinist qar uçqunu altında qaldı
08 oktyabr 2023 11:20 (UTC +04:00)

Bir qrup alpinist qar uçqunu altında qaldı

Çin Xalq Respublikasının Tibet Muxtar Bölgəsində qar uçqunu nəticəsində ABŞ və Nepal vətəndaşları olan iki alpinist həlak olub.

Lent.az xəbər verir ki, bu barədə bazar günü Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Beş nəfərdən ibarət qrup dəniz səviyyəsindən 8027 m yüksəklikdə olan Şişabanqma zirvəsinə qalxıb. Qar uçqunu 7600-8000 m yüksəklikdə baş verib.

Nepaldan olan bir alpinist ağır yaralanıb. Daha iki nəfər, ABŞ və Nepal vətəndaşları hələ də itkin düşüb.

Uçqun baş vermiş ərazidə axtarış-xilasetmə işləri aparılır, ərazi turistlər üçün müvəqqəti olaraq bağlanıb.

Qeyd edək ki, Şişabanqma planetdəki hündürlüyü 8 min metrdən çox olan 14 dağdan biridir. Bu, ÇXR ərazisində yerləşən yeganə “səkkiz minlik” dağdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2424
avatar

Oxşar yazılar