Amerikalı milyarder İlon Maskın sərvəti bir gündə 32,6 milyard dollar artaraq 304,2 milyard dollara çatıb.
Lent.az-ın xarici medaya istinadla məlumatına görə, buna səbəb onun “Tesla” şirkətinin səhmlərinin qiymətinin sürətlə artmasıdır.
Keçən ilin noyabrında “Tesla” səhmlərinin qiymətləri bütün zamanların ən yüksək səviyyəsini təzələdikdə, Mask tarixdə 300 milyard dollar sərvətə sahib ilk şəxs olmuşdu.
İndi “Forbes”in reytinqinə əsasən, Fransanın LVMH şirkətlər qrupunun baş direktoru Bernar Arno dünyanın ən varlı adamları siyahısında ikinci yerdədir, “Amazon”un baş direktoru Ceff Bezos isə ilk üçlükdədir.