Bill Qeyts sərvətini nəyə xərcləyəcək? - Özü açıqladı
03 iyun 2025 02:49 (UTC +04:00)

Bill Qeyts sərvətini nəyə xərcləyəcək? - Özü açıqladı

"Microsoft"un qurucusu Bill Qeytsin sərvətinin ən böyük hissəsi Afrikaya çatacaq.

Lent.az xəbər verir ki, o, bu barədə Afrika İttifaqının mənzil-qərargahında çıxışı zamanı bildirib.

"Mən bu yaxınlarda söz vermişdim ki, sərvətim növbəti 20 il ərzində paylaşdırılacaq. Bu maliyyənin əsas hissəsi Afrikadakı problemlərin həllinə kömək etmək üçün xərclənəcək. Vəsait Bill və Melinda Qeyts Fondu vasitəsilə ayrılacaq", - deyə o bildirib.

Qeyts 2045-ci ilə qədər bu fondun müxtəlif layihələrin maliyyələşdirilməsinə 200 milyard dollar yönəldəcəyini açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1284

Oxşar yazılar