“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts həyat yoldaşı Melinda ilə boşanmasından sonra dünyanın ən varlı adamları siyahısında beşinci yerə enib.
APA xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Qeyts təxminən 5,6 milyard dollarlıq qiymətli kağızları keçmiş xanımının hesabına köçürdükdən sonra “Facebook”un qurucusu Mark Zukerberqdən sonrakı pilləyə - dördüncü yerdən beşinci yerə düşüb. Qeytsin hazırda 129,6 milyard dollar sərvəti var.