Pol İqa adlı oğlan Edvard gölünün sahilindəki evinin yaxınlığında oynayırmış.
Lent.az xəbər verir ki, heyvan “uşağın başından tutub və bədəninin yarısını udub”. Xoşbəxtlikdən yerli sakinlər hadisəni görüb və heyvana daş atıblar. Begemot uşağı geri qusaraq gölə qayıdıb. 2 yaşlı uşaq yaxınlıqdakı klinikaya aparılıb.
Uqanda polisinin məlumatına görə, "bu, begemotun Edvard gölündən kənara çıxaraq azyaşlı uşağa hücum etdiyi ilk belə hadisədir".
Afrikada begemotlar hər il təxminən 500 insanı öldürür.